Azərbaycan çempionatının qalibi
-
Kazbek Tuayev
"Neftçi" buna qədər iki dəfə ardıcıl onun rəhbərliyi altında ölkə çempionu olmuşdu. Sonuncu çempionluqdan artıq 7 il keçmişdi. Uzun müzakirələrdən sonra başlayan 12-ci ölkə birinciliyində bu dəfə də qızıl medallara iddialı olan "Neftçi" bu istəyinə ən yaxın izləyicisini 5 xal geridə buraxaraq nail oldu. Bu titulla Tuayev “ağ-qaralar”a ən çox çempionluq qazandırmış baş məşqçi kimi tarixə düşdü.
-
Vadim Vasilyev
Heyətdə liderlik keyfiyyətləri ilə seçilən və ən çətin anlarda vurduğu qollarla komandanı xilas edən hücumçu 17 qolla çempionatın bombardirləri arasında üçüncü olub. Flaqmanın qızıl medal qazanmasında çox böyük rol oynayıb.
-
Nadir Nəbiyev
Daim hücum xəttindəki lideləri ilə seçilən "Neftçi"nin bu mövsümdəki tapıntısı idi. Meydana çıxdığı 21 oyunda 11 qol vuran hücumçu bombardirlər arasında 6-7-ci yerləri bölüşüb.
-
İqor Getman
"Neftçi"nin tarixinə müstəqillik dönəmində komandanın heyətində ən çox oyun keçirmiş və sadiq futbolçu kimi adını yazdırıb. Bu mövsümdə kapitan kimi meydana çıxıb və onun başçılıq etdiyi müdafiə xətti çempionluq yolunda böyük önəm kəsb edib. Təcrübəli müdafiəçi cari ildə “Neftçi”də hamıdan çox oyun keçirməklə (24) yanaşı, 1 qola da imza atıb.