Azərbaycan çempionatının qalibi

  • Arif Əsədov

    6 illik çempionluq həsrətinə son qoyan Arif Əsədov “Neftçi” ilə həm futbolçu, həm də baş məşqçi kimi çempionluq yaşamış ilk və hələ ki yeganə şəxsdir.

  • Flavinyo

    “Neftçi”də çıxış etmiş ən yaxşı legionerlərdən biri hesab olunan braziliyalı bu mövsüm komandanın lideri idi. Gözəl və məhsuldar ötürmələri ilə çempionluqda böyük pay sahibi olan Flavinyo meydana çıxdığı 20 oyunda 11 qol vurmaqla çempionatın 3-cü ən yaxşı bombardiri olub.

  • Bahodir Nasimov

    Özbəkistanlı legioner “Neftçi”də keçirdiyi ilk mövsümdə 15 qolla (28 oyun) bombardirlər yarışında 2-ci olub.

  • İqor Mitreski

    O, müdafiə xəttinin dirəyi idi. “Neftçi”nin bu mövsüm bütün rəqiblərindən az qol (17) buraxmasında İqor Mitreskinin qapıçılardan az əməyi olmayıb. “Ağ-qara” formada hamıdan çox (30 oyun) meydana çıxmış Şimali Makedoniyadan olan futbolçu 1 qola da imza atıb.

  • Rəşad Abdullayev

    Bu mövsüm yerli futbolçular arasında ən çox fərqlənmiş (7 qol) yarımmüdafiəçi qol sayında dünyaca məşhur komanda yoldaşı, hücumçu Emil Mpenzanı da geridə qoyub.