Samir Ələkbərov

  • Oynadığı dönəm:

    1987-1994, 1995-1997, 1998-1999

  • Doğum tarixi:

    08.11.1968

  • Mövqeyi:

    Mərkəz hücumçusu

  • Vətəndaşlığı:

    Azərbaycan

Sa­mir Ələkbərovun “Neft­çi”də oynamış fut­bol­çu­lar ara­sın­da xü­su­si ye­ri var. O, 142 qolla flaqmanın tarixində ən çox qol vuran futbolçudur. Hücumçu bu göstəriciyə görə hətta əfsanəvi Anatoli Banişevskini də geridə qoyur.

Ələkbərov 1987 və 1988-ci il mövsümlərində SSRİ çempionatının güclülər dəstəsində meydana çıxdığı 10 oyunda qol vura bilməsə də, 1989-1991-ci illərdə birinci dəstədə 27 qola imza atır. 1992-ci ildə keçirilən ilk milli çempionatımızda 34 oyunda 36 qol vuraraq “Neftçi”nin qı­zıl me­dal­lar qa­zan­masında böyük rol oynayır. Növbəti mövsümdə 16 qolla çempionatın ən yaxşı bombardiri olur. 1993-cü ildə Azərbaycan Superkubokunu da başı üzərinə qaldıran hücumçu ardıcıl 3-cü dəfə (1991, 1992, 1993) ölkənin ən yaxşı futbolçusu seçilir.

Samir Ələkbərovun “ağ-qara” formadakı uğurları bununla bitmir. O, “Neftçi” ilə daha 2 dəfə (1996, 1997) çempionluq yaşayır, 1 dəfə (1996) isə ölkə kubokunu qazanır. Lakin qalmaqallı 1996/1997 mövsümünün ardından AF­FA-ya qar­şı çı­xan ko­man­da­nın iki ye­rə par­ça­lan­ma­sı vəziyyəti dəyişir. Daha sonra Sa­mi­rin AF­FA-nın ovaxt­kı pre­zi­den­ti Fu­ad Mu­sa­ye­və de­di­yi söz­lər ona iki il­lik cə­za ba­ha­sı­na ba­şa gəl­ir. Bu onun fut­bol­çu kar­ye­ra­sı­na böyük zər­bə vurur. Yal­nız məşq­lər­lə ki­fa­yət­lən­mə­li olan Ələkbərovun oyun prak­ti­ka­sı sa­rı­dan nə qə­dər kor­luq çəkdiyi onun ya­şıl mey­da­na qa­yıtmasından sonra görünür. Cə­za­lı ol­du­ğu müd­dət­də Sa­mir­dən üz çe­vir­mə­yən “Neftçi” hü­cum­çu­nun cə­za­sı ba­şa ça­tan­dan son­ra onun xid­mə­tin­dən az ya­rar­lanır. 1998/1999 mövsümündə cəmi 8 oyunda meydana çıxan Ələkbərov 1999-cu il­də doğma komandanı tərk edir.

“Neftçi”dən başqa, “Gənclik” (Bakı, 1985), “Qarabağ” (Xankəndi, 1986), “Makkabi” (Petax-Tikva, İsrail, 1994-1995), “Kür-Nur” (Mingəçevir, 1995), “Xəzər Universiteti” (Bakı, 1999-2001) klublarında da çıxış etmiş futbolçu Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 2 qol vurub.

Samir Ələkbərov məşqçilik fəaliyyətinə “Neftçi”də başlayıb. 2002-2006-cı illər ərzində baş məşqçinin köməkçisi olan mütəxəssis komandamızla ölkə çempionatının (2004, 2005), kubokunun (2004) və “Birlik kuboku”nun qalibi olub. O, “Xəzər Lənkəran”, “Lvov” (Ukrayna) klublarında, U-21 milli komandasında da çalışıb.