Sergey Kramarenko

  • Dönəm:

    Baş məşqçi, 1993

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    27.05.1946

Sergey Kramarenko 1946-cı il mayın 27-də Gəncə şəhərində anadan olub.

Əfsanəvi qapıçı “Neftçi”nin tarixində ən çox oyun keçirmiş futbolçudur. O, 1964-1971, 1973-1975, 1977-1981 və 1983-cü illər ərzində 412 oyunda komandamızın qapısını qoruyub.

Karyerasını bitirəndən sonra məşqçilik edən 1966-cı ilin bürünc mükafatçısı 1993-cü ildə “Neftçi”nin baş məşqçisi olub.

Sergey Kramarenko 2008-ci il martın 25-də Moskvada vəfat edib.