Əhməd Ələsgərov

  • Dönəm:

    Baş məşqçi, 1966-1970, 1979-1982, 1991-1992, 1999-2000

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    05.10.1935

1935-ci il oktyabrın 5-də Bakıda dünyaya gəlmiş əfsanə 1956-1965-ci illər ərzində “Neftçi”nin heyətində 210 oyun keçirib, 17 qol vurub. Əhməd Ələsgərov zədə səbəbindən futbolçu karyerasını erkən başa vurduqdan sonra özünü məşqçilik sahəsində sınayıb.

1966-2006-cı illər ərzində baş məşqçi kimi fasilələrlə “Neftçi” (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın “Pamir” (Düşənbə, 1972), Ukraynanın “Çernomorets” (Odessa, 1973-1977), Naxçıvanın “Araz” (1979), Moldovanın “Nistru” (Kişinyov, 1988-1989), “Şerif” (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.

Azərbaycan, Ukrayna, Moldova və Tacikistanın əməkdar məşqçisidir. O, 1966-cı ildə “Neftçi”, 1974-cü ildə isə Ukrayna “Çernomorets”inə SSRİ çempionatının bürünc medallarını qazandırıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb. 1999-cu ildə “Neftçi” onun rəhbərliyi ilə Azərbaycan kubokuna sahib olub.

Milli komandamızın ilk baş məşqçisi, debüt ilindəcə  “Neftçi”yə SSRİ çempionatlarında yeganə medalı qazandıran mütəxəssis, 4 ölkənin əməkdar məşqçisi adına layiq görülən unikal şəxsiyyət kimi tarixə düşüb. Əhməd Ələsgərov 2015-ci il mayın 19-da vəfat edib.