Füzuli Məmmədov
-
Dönəm:
Baş məşqçi, 2020
-
Vətəndaşlığı:
Azərbaycan
-
Doğum tarixi:
08.09.1977
Füzuli Məmmədov 1977-ci il sentyabrın 8-də anadan olub.
O, “Azneftyağ” (1993), “Neftçi” (1993-1996, 1997-1998), “Prikarpatye” Ukrayna (1996-1997), MOİK (1998-1999), “ANS Pivani” (1999-2000), “Şəfa” (2000-2002), “Maşinsazi” İran (2002-2004), “Xəzər Lənkəran” (2004-2009), “Simurq” (2009), “Olimpik” (2009-2010), “Karvan” (2010-2012), “Neftçala” (2011) klublarında çıxış edib, U-18, U-19, U-21 milli komandalarından başqa əsas yığmanın da şərəfini qoruyub. 1995/1996-cı illər mövsümündə “Neftçi”nin, 2006/2007-ci illər mövsümündə isə “Xəzər Lənkəran”ın heyətində Azərbaycan çempionu olub. 1994/1995, 1995/1996-da “Neftçi”, 2001/2002-də “Şəfa”, 2006/2007, 2007/2008-də isə “Xəzər Lənkəran”la ölkə kubokunu başı üzərinə qaldırıb. 2008-ci ildə cənub təmsilçisinin heyətində MDB ölkələri arasında keçirilən “Birlik Kuboku”nun qalibi olub.
Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. 2018-ci ildə “Neftçi”yə dəvət olunub və əsas komandada baş məşqçinin köməkçisi təyin edilib. 2020-ci ilin əvvəlindən noyabrınadək baş məşqçi olub.