Məmməd Hacıyev

  • Çalışmağa başladığı il:

    2024


  • Doğum tarixi:

    12.03.1988

Məmməd Hacıbala oğlu Hacıyev 1988-ci il martın 12-də Bakıda anadan olub.

2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının İqtisadiyyat, Beynəlxalq iqtisadi münasibətlər və Menecment fakültəsini İnzibati idarəetmə ixtisası üzrə bitirib.

2012-2014-cü illərdə “Sade-CGTH”nin Azərbaycan filialında böyük mühasib, 2014-2015-ci illərdə “Avesta Konserni” MMC-də baş mühasib, 2015-2017-ci illərdə “Lider Monolit” MMC-də maliyyə direktoru, 2017-2018-ci illərdə Azərbaycan Konvensiya Bürosunda baş mühasib, 2018-2020-ci illərdə “El Metal Plus” MMC-də baş mühasib və 2020-2024-cü illərdə “Azər Maya İstehsal” QSC-də Maliyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

2024-cü ilin avqustundan “Neftçi” PFK-nın maliyyə direktorudur.