Gülnarə Adıgözəlova

  • Çalışmağa başladığı il:

    2014


  • Doğum tarixi:

    24.02.1977

Gülnarə Fikrət qızı Adıgözəlova 1977-ci il fevralın 24-də Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.

1996-2001-ci illərdə "Təmas” hüquq kooperativində hüquq məsləhətçisi, N.Qasımov adına 1 saylı doğum evində hüquq məsləhətçisi vəzifəsini yerinə yetirib.

2006-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin kadrlar şöbəsinin rəis müavini, 2012-2014-cü illərdə həmin departamentin icraya nəzarət və kargüzarlıq şöbəsinin rəisi vəzifəsində çalışıb.

2014-2023-ci illərdə "Neftçi” Peşəkar Futbol Klubunun Kadr, rejim və əmək haqqı şöbəsinin rəisi, daha sonra Kadr, Hüquq və Lisenziyalaşdırma Departamentinin rəisi vəzifəsində çalışıb. Klubdakı son struktur dəyişikliyindən sonra isə İnsan resursları, kargüzarlıq və lisenziyalaşdırma şöbəsinin rəisi vəzifəsində çalışır.

Rus və ingilis dillərini bilir.