İslam Kərimov

  • Çalışmağa başladığı il:

    2004

  • Ölkə:

    Azərbaycan

  • Doğum tarixi:

    29.01.1967

1967-ci il yanvarın 29-da Bakı şəhərində anadan olub. 12 yaşında Gənclər Futbol Məktəbində futbolun sirrlərini öyrənməyə başlayıb. İlk peşəkar klubu “Suraxanılı” olub. 1988-1990-cı illərdə burada çıxış edib. Daha sonra “Neftçi” PFK-ya keçib. Lakin Qarabağda başlayan müharibədə könüllü şəkildə iştirak etmək üçün döyüşlərə qatıldığından karyerasını bitirməli olub. Müharibədən sonra “Neftçi”də məşqçi kimi işləməyə başlayıb. Uzun illərdir paytaxt təmsilçisində bacarıqlı uşaqların tapılması, onların ölkə futboluna qazandırılması istiqamətində böyük işlər görür.

Ömrünü uşaq futboluna həsr etmiş mütəxəssis 2000-2002-ci illərdə U-15, U-17 milli komandalarının baş məşqçisi işləyib və U-17 ilk dəfə onun rəhbərliyi altında Elit Raundda mərhələ adlayıb. 2006-2008-ci illərdə milli komandaların seleksiya üzrə məşqçisi işləyib. İslam Kərimovun rəhbərlik etdiyi uşaq komandaları İtaliya, Danimarka, Bolqarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə və İspaniyada təşkil olunmuş beynəlxalq turnirlərdə iştirak edib və uğurlar qazanıb. O, Azərbaycan Respublikasının Əməkdar məşqçisidir.

UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.