Elşad Əhmədov
-
Çalışmağa başladığı il:
2021
-
Ölkə:
Azərbaycan
-
Doğum tarixi:
11.09.1970
11 sentyabr 1970-ci ildə Bakıda anadan olub. “Avtomobilçi” (Mingəçevir, 1987), “Neftçi” (1987-1988), “Qarabağ” (Ağdam, 1989-2001) klublarında çıxış edib. 1992-1994-cü illərdə 10 oyunda Azərbaycan milli komandasının şərəfini qoruyub. 1987-ci ildə “Neftçi” ilə gənclər arasında SSRİ çempionu, 1993-cü ildə “Qarabağ”la Azərbaycan çempionatının və kubokunun qalibi olub.
Məşqçiliyə futbolçu karyerasını başa vurduğu “Qarabağ”da (2001-2002) başlayıb. Daha sonra “MKT-Araz” (İmişli, 2004-2005), “İnter”in U-15 (2008-2010), əvəzedici (2010-2011), “Neftçi”nin əvəzedici (2011-2014, 2017-2018), U-17 (2015-2016), U-19 (2016-2017), “Xəzər” (2017-2018), “Sabah”ın əsas (2018-2019), U-19 (2019-2020) komandalarını çalışdırıb. “Neftçi”ni 2012-ci ildə əvəzedici komandaların, 2016-cı ildə U-17 Liqasının qalibi edib. 2018-ci ildə isə “Xəzər”ə I Divizionun çempionluğunu qazandırıb.
UEFA-nın PRO kateqoriyasına malikdir. 2021-ci ilin iyulundan “Neftçi” Futbol Akademiyasının koordinatoru vəzifəsində çalışır.