8 futbolçumuz milli komandada!
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib. Oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq millimiz ayın 25-i saat 16:00-da Portuqaliya yığmasını “Liv Bona Dea Arena”da qəbul edəcək, 29-u Bakı vaxtı ilə saat 23:45-də isə “Vizela” stadionunda cavab görüşünə çıxacaq. Milliyə “Neftçi” PFK-dan 8 futbolçu – Günay İsmayılova, Aysun Əliyeva, Manə Mollayeva, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Çoşqunə Əliyeva və Ayşən Salamzadə dəvət alıblar.
Qeyd edək ki, Ayşən Salamzadə oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunundan sonra 17 yaşadək qızlardan ibarət millinin düşərgəsinə qoşulacaq. U-17 Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsi çərçivəsində oktyabrın 30-da Serbiya, noyabrın 3-də isə Lüksembuq yığması ilə qarşılaşacaq.