Qadınlardan ibarət komandamız üçün seminar keçirilib
Bu gün “Neftçi” PFK-nın Yüksək Qızlar Liqasında mübarizə aparan komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. “Neftçi Arena”da təşkil olunan tədbirdə AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi, sabiq FİFA referisi Orxan Məmmədov çıxış edərək komandamızın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında məlumat verib.