9

Elbrus Abbasov

  • Oynadığı dönəm:

    1975-1979

  • Doğum tarixi:

    01.01.1950

  • Mövqeyi:

    Mərkəz hücumçusu

  • Vətəndaşlığı:

    Azərbaycan

Çox­la­rı El­brus Ab­ba­so­vu Ağ­da­mın “Qa­ra­bağ” klu­bu­na bağ­lı olan bir şəxs kimi ta­nı­yır ki, bu da tə­sa­dü­fi de­yil. Axı “Qa­ra­bağ”ın ya­ra­dı­cı­la­rın­dan olan El­brus Ab­ba­sov fut­bo­la doğma Ağdamda baş­la­yıb, kar­ye­ra­sı­nı bi­tirən­dən son­ra bir ne­çə də­fə ko­man­da­nı ça­lış­dı­ra­raq onu Azər­bay­can çem­pio­nu edib. Bununla belə, El­brus fut­bol­çu kar­ye­ra­sı­nın ən yax­şı il­lə­ri­ni məhz “Neft­çi”də keçi­rib. Ab­ba­so­vun “Neft­çi”yə gə­li­şi Valentin Xlıstovun tə­şəb­bü­sü ilə olub ki, 1975-ci ilin əvvəllərində “ağ-qa­ra­lar”ı ça­lış­dır­mış mütəxəssis 24 yaş­lı hü­cum­çu­nu Gəncə “Di­na­mo”sun­dan də­vət edib. El­bru­sun “Neft­çi”dəki de­bü­tü SSRİ ku­bo­ku­na tə­sa­düf edib ki, bu tur­ni­rin 1/32 fi­nal mər­hə­lə­sin­də Ku­tai­si “Tor­pe­do”su ilə gö­rüş 1:0 he­sab­lı qə­lə­bə­miz­lə nə­ti­cə­lə­nib. Ab­ba­sov­un “Neft­çi”nin he­yə­tin­də vurd­ğu ilk qol da elə 1975-ci il­də, an­caq ar­tıq SSRİ çem­pio­na­tın­da olub ki, hü­cum­çu Ba­kı­da Kişinyov “Nistru”sunu 3:0 he­sa­bı ilə məğ­lub et­di­yi­miz oyun­da fərq­lə­nib.

El­brus Ab­ba­sov üçün nə­in­ki “Neft­çi”də, fut­bol­çu kar­ye­ra­sı döv­rün­də ən yad­da­lan, ən uğur­lu oyun ki­mi 1976-cı il­də İva­no-Fran­kovs­kda yer­li “Spar­tak”la matçı qeyd et­mək olar. Hə­min gö­rü­şün nə­ti­cə­sin­dən ası­lı ola­raq “Neft­çi”nin güc­lü­lər dəs­tə­si­nə və­si­qə qa­za­nıb-qa­zan­ma­ya­ca­ğı bəl­li ola­caq­dı. Ko­man­da­mı­za yal­nız qə­lə­bə la­zım idi ki, heç-he­çə, ya­xud məğ­lub ola­ca­ğı­mız təq­dir­də “Pax­ta­kor” və “Kay­rat” ko­man­da­la­rın­dan bi­ri bu və­si­qə­yə sa­hib çıxacaqdı. Oyu­nun 80-ci də­qi­qə­si­nə­dək “Neft­çi” he­sab­da 2:1 irə­li­də idi ki, ilk qo­lu məhz El­brus Ab­ba­sov vur­muş­du. 90-cı də­qi­qə­də isə “Spar­tak” cə­ri­mə zər­bə­sin­dən son­ra he­sa­bı bə­ra­bər­ləş­di­rə bi­ldi. An­caq elə hə­min də­qi­qə, oyu­na mər­kəz­dən baş­la­yan ki­mi rə­qi­bin göz­lə­mə­di­yi hal­da El­brus Ab­ba­sovun vurduğu qə­lə­bə qolu “Neft­çi”ni SSRİ çem­pio­na­tı­nın güc­lü­lər dəs­tə­si­nə çı­xa­rdı.

Mey­dan­da ni­zam-in­ti­za­mı ilə se­çi­lən fut­bol­çu­lar­dan olan El­brus Ab­ba­sov kar­ye­ra­sı ər­zin­də cə­mi bir də­fə qır­mı­zı və­rə­qə alıb. 1977-ci il­də Minsk “Di­na­mo”su ilə oyun­da ku­tai­si­li ha­kim Ba­ka­nid­ze onu oyun­dan çı­xa­rıb. Ab­ba­so­vun fut­bol­çu kar­ye­ra­sın­da ba­şı­na gə­lən qey­ri-adi ha­di­sə də məhz “Neft­çi”də çı­xış et­di­yi za­man baş ve­rib. Çem­pio­na­tın növ­bə­ti oyu­nu­nu ke­çir­dik­dən son­ra Mi­ne­ral­nı Vo­dı şə­hə­rin­dən ge­ri qa­yı­dar­kən təy­ya­rə­yə yu­ban­dı­ğı­na gö­rə Ba­kı­ya ko­man­da­dan son­ra qa­yıt­ma­lı olub.

“Neft­çi”də oy­na­dı­ğı 5 il ər­zin­də rə­qib qa­pı­la­rın­dan 46 top ke­çi­rən El­brus Ab­ba­sov 1976-cı il­də 28 qol­la SSRİ çem­pio­na­tı­nın bi­rin­ci dəs­tə­si­nin ən məh­sul­dar hü­cum­çu­su olub. Ana­to­li Ba­ni­şevs­ki fut­bol­dan ge­dəndən son­ra gey­indi­yi 9 nöm­rəli for­ma­nı da­şı­maq bu­na­dək “Neft­çi”də “11 nöm­rə”də çı­xış etmiş Ab­ba­so­va nə­sib olub.

El­brus Ab­ba­so­v 2020-ci il dekabrın 14-də vəfat edib.