10

Səməd Qurbanov

  • Oynadığı dönəm:

    1972-1984

  • Doğum tarixi:

    10.07.1953

  • Mövqeyi:

    Sol cinah yarımmüdafiəçisi

  • Vətəndaşlığı:

    Azərbaycan

Səməd Qurbanovun fut­bol­çu kar­ye­ra­sı­nı bi­tir­mə­si çox göz­lə­nil­məz və qə­ri­bə alınıb. 1984-cü ildə “Neftçi”nin “ev”­də “Ara­rat”a iki top fər­qi i­lə ye­nil­mə­si onun kar­ye­ra­sı­nı bi­tir­mək qə­ra­rı­na gəlməsinə səbəb olub. Sə­məd Qur­ba­nov bu məğ­lu­biy­yə­ti həzm edə bil­məyib və se­vim­li oyu­nu­na “əl­vi­da” deyib. Sonralar Sə­məd bə­yin də­fə­lər­lə öl­kə fut­bo­lu­na ça­lış­ma­ğa qa­yıt­dı­ğı vaxt­lar­da da bir an­da in­ci­yib get­di­yi­nin şa­hi­di ol­mu­şuq. Qur­ba­no­vu be­lə ta­nı­mı­şıq – köv­rək qəl­biy­lə əda­lət­siz­li­yi, səhv­lə­ri qə­bul et­mə­yib uğursuzluq olan yer­dən get­mə­yə qə­rar ve­rən bi­ri ki­mi.

Səməd Qurbanov 1953-cü il iyulun 10-da Qazaxda anadan olub. Döv­rü­nün, de­mək olar ki, bü­tün oyunçula­rı ki­mi o da uşaq­lar ara­sın­da ke­çi­ri­lən tur­nir­lə­rdə kəş­f edilib. “Ümid ku­bo­ku”ndan bir­ba­şa “Neftçi”yə də­vət olunub. Əvə­ze­di­ci he­yət­dən əsas ko­man­da­ya qə­dər irə­li­lə­məsinə cə­mi iki il lazım gəlib. Qol vur­maq­dan da­ha çox ötürmələr verməyə meyil­li olan sol cinah yarımmüdafiəçisi “Neft­çi”nin uğu­ru­na se­vin­mək, üzüntü­sü­nə şə­rik çıx­maq­la ki­fa­yət­lə­nən de­yildi. O, “hər şey “Neft­çi” üçün” dü­şün­cə­siy­lə kar­ye­ra­sı­nı başlayıb və bi­ti­rib.  “Neftçi” üçün yığ­ma pers­pek­ti­vi­ni olim­pi­ya yığ­ma­sın­dan kə­nar­laş­dı­rıl­maq­la məhv etmə­yə də ra­zı olub. İna­nıl­maz də­rə­cə­də sə­mi­mi­li­yi də bun­da rol oy­na­yıb. Yox­sa, olim­pi­ya yığ­ma­sı­nın baş məşq­çi­si Edu­ard Ma­lo­fe­ye­vin rəh­bər­lik et­di­yi Minsk “Di­na­mo”suy­la oyun­da rə­qi­bin bə­ra­bər­lik qo­lu­nun düz­gün vu­rul­ma­dı­ğı­na ha­kim ina­nar­dı­mı?! Qurbanovun re­fe­ri­yə de­diyi iki kəl­mə matç­dan son­ra da­va-dalaşa sə­bəb ol­ub. Am­ma ko­man­da­sı­na qə­lə­bə, özü­nə isə yığ­ma yo­lun­da aşıl­maz sədd qa­zan­dırıb. Malofeyev bu hərəkətinə görə Səmədi bir daha olimpiya yığmasına çağırmayıb. Sə­mi­mi­li­yi ilə bü­tün SSRİ futbolunda ta­nı­nan Qur­ba­nov oyun­la­rın bi­rin­də rə­qi­bin pe­nal­ti vur­maq haq­da qə­ra­rı­nı də­yiş­mək xa­hi­şiy­lə də ha­ki­mə mü­ra­ci­ət edib. Fut­bol­çu­nun ad gü­nü ol­du­ğu­nu eşi­dən fit sa­hi­bi peşəkar­lı­ğı­nı sə­mi­mi­li­yi ilə hör­mət qa­za­nan Qur­ba­no­va gö­rə “qur­ban” ve­rib.

Öl­kə­də heç bir fut­bol­çu­dan çə­kin­mə­yən Sə­məd baş­qa ko­man­da­lar üçün ar­zuo­lun­maz rə­qib sa­yı­lıb. Hət­ta “Spar­tak”ın mə­hşur futbolçusu Fyo­dor Çe­ren­kov müsahibəsində Sə­məd Qurbanovun onun üçün ən keçilməz yarımmüdafiəçi olduğunu eti­raf edib. Bir müddət komandanın kapitanı olan Qurbanov təkcə Çerenkova deyil, güclülər dəstəsində oynayan bir çox güclü hücumçulara başağrısı olub. 1981-ci ildə tərtib edilən Azərbaycanın bütün dövrlər ərzində 33 ən yaxşı futbolçusu siyahısında yer alıb, 1983-cü ildə isə SSRİ-nin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün “Futbol-Hokkey” həftəliyinin keçirdiyi sorğuda “Neftçi”nin səs alan yeganə futbolçusu olub.

Yüksək start sürətinə malik olan Səməd azarkeşlər arasında ən çox sevilən futbolçulardan idi. Təsadüfi deyil ki, sürətinə görə futbolsevərlər ona “Jiquli” ləqəbini vermişdilər. Həqiqətən də Qurbanov sürət götürəndə rəqib komandanın heç bir oyunçusu ona çata bilmirdi və müdafiədə çaşqınlıq əmələ gətirirdi. Boyunun balaca olmasına baxmayaraq, başla da yaxşı oynayırdı. Bundan irəli gəlir ki, o, qollarının əksəriyyətini başla vurub. Kar­ye­ra­sını yalnız “Neft­çi”də keçirən, komandaya sadiqliyi ilə seçilən Qurbanov 393 oyunda meydana çıxıb ki, bu göstəriciyə görə yalnız Sergey Kramarenko ilə Əsgər Abdullayevdən geri qalır.