Anton Krivotsyuk: “Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram”
Müdafiəçi Anton Krivotsyukla müqavilə müddətinin artırılması ilə bağlı məlumat vermişdik. Gənc futbolçu klubun rəsmi saytına müsahibəsində təəssüratlarını bölüşüb.
- “Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədir?
- Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır.
- Ümumiyyətlə, “Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb?
- Çox vacib rol oynayıb. Dediyim kimi, “Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdir. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdır.
- Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız?
- Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim.
- Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz?
- Təsəvvür etmək çətindir. Məncə, məşqdən-məşqə qaydasına düşəcək.
- Futbol üçün çox darıxmısız?
- Əlbəttə! Futbol həyatımın bir parçasıdır, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar.
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00