Respublika günümüz mübarək!
28 may Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Respublika günü 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir. 1918-ci il may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını bəyan edib. Bu tarixi sənədə görə Müstəqil Azərbaycan dövləti Respublika elan olunub. Xalqımızın əziz bayramlarından olan Respublika Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu gün dövlət müstəqilliyimizin bərpası, xalqımızın azadlığa qovuşması baxımından şərəfli bir tarixdir.
Respublika günümüz mübarək!