“Zirə” ilə oyuna hazırlıq davam edir
“Neftçi” Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Zirə” klubu ilə oyunun hazırlığını davam etdirir. Üç günlük istirahətdən sonra sentyabrın 4-də məşqlərə başlayan “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Məşq prosesində hazırda əsas və U-21 milli komandalarımızın düşərgəsində olan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov və Rüstəm Samiqullin iştirak etməyiblər. Zədədən sonra bərpa dövründə olan futbolçularımız isə komandadan ayrı – fitnes zalında fərdi məşqlə kifayətləniblər.
Qeyd edək ki, sentyabrın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” matçı saat 18:00-da başlanacaq.