Roman Qriqorçuk: “İstədiyimiz kimi oynamırıq”
“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının “Sabah” klubu ilə 3-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“İstədiyimiz kimi oynamırıq. Xallar qazana bilmirik. Bu gün məğlub olduq. Həm də məğlubiyyətə layiq oyun göstərdik. Artıq 3 turdur azarkeşlərimizə qələbə bəxş edə bilmədiyimiz üçün narazıyıq. Buna görə də hər şey neqativ görünür. Komandamıza yeni futbolçuların qoşulması sevindirici haldır. Transfer işlərinin üzərində çalışırıq, amma bu proses bitməyib, davam edir. Hər bir futbolçunun oyununa nəzər yetirib, onları mühakimə etmək üçün ən azı 5-6 tur lazımdır. Bəzi oyunçularımız obyektiv səbəbdən tam hazır deyillər. Çünki bundan əvvəl son oyunlarını may ayında keçiriblər. Buna görə də hələ indi komandaya uyğunlaşmağa cəhd göstərirlər. Klubdan narazı olmağımla bağlı çıxan söz-söhbətləri mən indi sizdən eşidirəm və bunun heç bir əsası yoxdur”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: