Türkiyə toplanışında oyunöncəsi son məşq
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün növbəti məşqə çıxıb. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında keçirilən axşam məşqində əsasən toplu və taktiki çalışmalar icra olunub.
Qeyd edək ki, toplanış çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdıran “ağ-qaralar” sabah ilk sınaq matçına çıxacaq. Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”la görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.