“Sumqayıt”la ilk oyunumuzun baş hakimi Rəşad Əhmədov olacaq
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Neftçi” matçının baş hakimi Rəşad Əhmədov olacaq. Ona Kamran Bayramov və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Rahil Ramazanov, hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu bu gün saat 19:00-da “Kapital Bank Arena”da keçiriləcək.