“Zirə” ilə oyunun hazırlığı başa çatdı
“Neftçi” Misli Premyer Liqasının 15-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunöncəsi son məşqə çıxıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində hazırlaşıb. Toplu və taktiki çalışmaların yerinə yetirildiyi hazırlıq prosesində zədəli Emil Balayev və fərdi məşğul olan İvan Brkiç iştirak etməyib, Filip Ozobiç isə komanda ilə məşqə qoşulub.
Qeyd edək ki, dekabrın 3-ü “Neftçi Arena”da keçiriləcək oyun saat 17:00-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.