“Araz-Naxçıvan”la oyun Fərid Hacıyevə tapşırıldı
Misli Premyer Liqasında 14-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Araz-Naxçıvan” oyununun baş hakimi Fərid Hacıyev olacaq. Ona Vüsal Məmmədov və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimi Kamal Umudlu, VAR hakiminin köməkçisi Rahil Ramazanov, hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi Aslan Şahgəldiyev olacaq.
Qeyd edək ki, “Neftçi” – “Araz-Naxçıvan” oyunu bu gün saat 15:30-da “Neftçi Arena”da keçiriləcək.