“Neftçi” – “Sabah” oyununu Rəvan Həmzəzadə idarə edəcək
Misli Premyer Liqasında 11-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Sabah” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Elşad Abdullayev və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. VAR hakimi Əliyar Ağayev, VAR hakiminin köməkçisi Kamal Umudlu, hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi Elgiz Abbasov olacaq.
Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu oktyabrın 29-u saat 18:30-da “Neftçi Arena”da keçiriləcək.