“Neftçi” Moskvada ilk məşqə çıxdı
“Neftçi”nin Rusiya toplanışı davam edir. Sankt-Peterburq şəhərində təşkil olunmuş “Matç TV Kuboku”nu başa vuran komandamız bu gün paytaxta yollanaraq orada ilk məşqə çıxıb. Moskva “Spartak”ının təlim-məşq bazasında baş məşqçi Adrian Mutunun rəhbərliyi altında keçirilən hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, flaqman iyulun 18-də “Spartak”la yoldaşlıq oyunu keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 21:00-dan etibarən “Otkrıtiye Bank Arena”da təşkil olunacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.