Sankt-Peterburq toplanışının 13-cü günündə səhər məşqi
“Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərindəki təlim-məşq toplanışı davam edir. “Ağ-qaralar” toplanışın 13-cü günündə səhər məşqinə çıxıblar. Bu gün Bakı vaxtı ilə saat 12:00-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesində zədəli Emil Balayev iştirak etməyib. Əvəzində, komandamızın düşərgəsinə qayıdan digər qapıçımız Aqil Məmmədov məşqə qatılıb. Məşqdə əsasən fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
Qeyd edək ki, “Matç TV Kuboku”nda “Zenit” və “Srvena Zvezda” ilə qarşılaşmış “Neftçi” sonuncu oyununu “Fenerbahçe”yə qarşı keçirəcək. Görüş iyulun 15-i Bakı vaxtı ilə saat 15:00-da “Smena” stadionunda baş tutacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-i Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da təşkil olunacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26