Sankt-Peterburq toplanışının 6-cı günündə səhər məşqi
“Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərindəki təlim-məşq toplanışı davam edir. “Ağ-qaralar” toplanışın 6-cı günündə səhər məşqinə çıxıblar. Bu gün Bakı vaxtı ilə saat 11:30-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesində zədəli Aqil Məmmədovdan başqa bütün futbolçular iştirak ediblər. Məşqdə əsasən fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
Qeyd edək ki, “Sankt-Peterburq” otelində məskunlaşan komandamız iyulun 1-də “Matç TV Kuboku”ndakı ilk oyununda “Zenit”lə qarşılaşıb (1:3). Flaqman iyulun 8-i Bakı vaxtı ilə saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fenerbahçe” klubu ilə üz-üzə gələcək. Hər iki görüş “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26