“Neftçi” “Matç TV Kuboku”nda ilk oyununu keçirib
Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan “Neftçi” “Matç TV Kuboku”nda ilk oyununu keçirib. “Ağ-qaralar” “Qazprom Arena”da “Zenit”lə qarşılaşıb. 39-cu dəqiqədə Mateus Saldanyanın penalti zərbəsindən sonra komandamız hesabı açsa da, fasilədən sonra rəqib üç qol vuraraq qələbə qazanıb. Qustavo Mantuan (49-cu dəqiqə), Klaudinyo (70-ci dəqiqə) və Zelimxan Bakayev (80-ci dəqiqə) fərqləniblər.
Qeyd edək ki, “Neftçi” “Matç TV Kuboku”nda daha iki oyun keçirəcək. Flaqman iyulun 8-i Bakı vaxtı ilə saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fenerbahçe” klubu ilə qarşılaşacaq. Hər iki görüş “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26