“Turan Tovuz”la cavab oyununa Fərid Hacıyev təyin olundu
Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb. “Neftçi” – “Turan Tovuz” matçının baş hakimi Fərid Hacıyev olacaq. Ona Kamran Bayramov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi Elgiz Abbasov, VAR hakimi Əliyar Ağayev, VAR hakiminin köməkçisi Müslüm Əliyev olacaq.
Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu aprelin 26-sı saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.