“Sumqayıt”la oyuna Rauf Allahverdiyev təyin olundu
Premyer Liqada 29-cu turun təyinatları açıqlanıb. “Sumqayıt” – “Neftçi” oyununun baş hakimi Rauf Allahverdiyev olacaq. Ona Zeynal Zeynalov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. Hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi Seymur Səlimli, VAR hakimi Nicat İsmayıllı, VAR hakiminin köməkçisi Müslüm Əliyev olacaq.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu aprelin 8-i saat 20:00-da “Kapital Bank Arena”da keçiriləcək.