“Neftçi” PFK qardaş Türkiyəyə yardım göndərib
“Neftçi” PFK Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün yardım göndərib. Klubun inzibati binasında yardım üçün hazırlanmış qutuların daşınmasında futbolçular – Emin Mahmudov, Voislav Stankoviç, Azər Salahlı, Höccət Haqverdi, Kilan Lebon və Mert Çelik də iştirak ediblər.
Qeyd edək ki, ən son məlumata görə, zəlzələ nəticəsində 12 873 insan vəfat edib, 62 937 nəfər isə yaralanıb.