Həbib İsmayılovun sağlamlıq durumuna aydınlıq gəldi
I Divizionun 16-cı turu çərçivəsində fevralın 8-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilmiş “Neftçi-2” – “Mingəçevir” matçının 71-ci dəqiqəsində dili qatlanmış futbolçumuz Həbib İsmayılov sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Bununla bağlı “Neftçi-2”nin həkimi Famil Şıxəliyev klubun rəsmi saytına açıqlamasında bildirib: “Futbolçumuz Həbib İsmayılovun çənə sümüyünün KT-si nəticəsində zərbədən sonra əmələ gəlmiş sümük kontuziyasi mövcuddur, boyun nahiyəsinin KT-sində heç bir zədə əlaməti müəyyən olunmayıb. Onun heç bir həyatı təhlükəsi olmadığı müəyyən edilib. Həbib 24 saat “Liv Bona Dea Hospital”da həkim nəzarətində qaldıqdan sonra bu gün evə buraxılacaq”.