“Zirə” ilə oyunu Rəşad Əhmədov idarə edəcək
Premyer Liqada 20-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Zirə” oyununun baş hakimi Rəşad Əhmədov olacaq. Ona Eyyub İbrahimov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Hakim-inspektor Orxan Məmmədov, AFFA nümayəndəsi İlham Əliyev, VAR hakimi Nicat İsmayıllı, VAR hakiminin köməkçisi Cavanşir Yusifov olacaq.
Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu fevralın 1-i saat 17:30-da “Bakcell Arena”da keçiriləcək.