“Neftçi”dən növbəti transfer
“Neftçi” növbəti transferini rəsmiləşdirib. Gürcü futbolçu Vato Arveladze ilə 1+1 il şərtli müqavilə imzalanıb. 24 yaşlı yarımmüdafiəçi 18 nömrəli formanı geyinəcək.
Vato Arveladze peşəkar karyerası ərzində Gürcüstanın “Lokomotiv” (Tbilisi, 2015-2018, 2020), Polşanın “Korona” (2018-2020) və Türkiyənin “Fatih Karagümrük” (2020-2022) klublarında çıxış edib. Gürcüstanın U-17, U-19 və U-21 (15 oyun, 3 qol) yığma komandalarında da forma geyinmiş futbolçu 2019-cu ildə bu ölkənin əsas millisində 2 oyun keçirib, 1 qol vurub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, hücumçular – qanalı Qodsvey Donyo, belaruslu Yeqor Boqomolski və gürcü müdafiəçi Solomon Kvirkveliyanı transfer etmişdi.