“Rapid”lə cavab matçının təyinatları açıqlandı
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək “Rapid” – “Neftçi” matçının təyinatları açıqlanıb. Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcəklər. Baş hakim Rohit Saqqi, köməkçiləri Oskar Qeyr İsaksen və Morten Yensen olacaq. Dördüncü hakim funksiyasını Sivert Amland Öksnes icra edəcək.
UEFA nümayəndəsi Yovan Şurbatoviç (Serbiya), hakim-inspektor isə Yanq Uilyam (Şotlandiya) olacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 4-ü saat 21:00-da “Bakcell Arena”da baş tutacaq.