Mahmud Qurbanova uğurlar arzulayırıq
“Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovla may ayının 31-də başa çatacaq müqavilənin müddətinin uzadılmamasına qərar verilib. Göstərdiyi xidmətə görə təcrübəli mütəxəssisə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq.
Qeyd edək ki, 2018-ci ildən “Neftçi-2”ni çalışdıran Qurbanov 2020/2021 mövsümündə əvəzedici komandamızla I Divizionun qalibi olub.