“Neftçi”nin yetirməsi olmaq Azərbaycanda futbol karyerasına bir addım öndə başlamaq deməkdir”
“Neftçi”nin gənc üzvü Fərid Yusifli klubun rəsmi saytına müsahibə verib. “Neftçi”nin yetirməsi olduğuna görə karyerasına bir addım öndə başladığını deyən 20 yaşlı yarımmüdafiəçi əsas komandanın start heyətində yer aldığı üçün fəxr etdiyini bildirib.
- Fərid, “Neftçi” kimi köklü klubun yetirməsi olmaq nə deməkdir?
- “Neftçi”nin yetirməsi olmaq Azərbaycanda futbol karyerasına bir addım öndə başlamaq deməkdir.
- Ötən mövsüm cəmi 1 matçda əsas komandanın formasını geyinsən də, bu mövsüm artıq ardıcıl 3 oyundur start heyətində yer alırsan. Hisslərini bölüşə bilərsən?
- Əlbəttə, “Neftçi” kimi komandanın start heyətində oynamaq mənim üçün fəxrdir. İnşallah, 3 oyunla yetinməyib, bundan sonra da daim əsas heyətdə yer almaq üçün çalışmalıyam.
- “Zirə” ilə heç-heçəni nəzərə almasaq, komandanın uğurlu seriyası davam edir ki, bunda sənin də əməyin var. Ümumiyyətlə, öz oyunundan razısanmı?
- Mən heç vaxt öz oyunumdan razı qalmıram. Bilirəm ki, daha yaxşısını edə bilərəm və bunun üçün çalışıram.
- Qarşıdan kubok mübarizəsindən kənarlaşdırdığımız “Sabah”la çempionat matçı gəlir. Bu görüşdən nə gözləyirsən? Hazırlıq necə gedir?
- Şükür Allaha, hər şey qaydasındadır. Bu oyuna komanda şəklində ciddi hazırlaşırıq. Meydana yalnız qələbə üçün çıxacağıq.
- Hər oyunda olduğu kimi, “Şamaxı” ilə səfər matçında da azarkeşlər komandamızın yanında idilər. Onlara sözün varmı?
- Azarkeşlərimiz ev, səfər, qalibiyyət, məğlubiyyət demədən hər zaman yanımızda olurlar. Bu bizi daha da ruhlandırır. Biz də öz növbəmizdə onları daim qələbələrimizlə sevindirməyə çalışırıq.
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00