Samir Abasov: “Buradan uğurlu nəticə ilə dönmək istəyirik”
UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena”da keçiriləcək HİK – “Neftçi” oyunundan əvvəl komandamızın baş məşqçisi Samir Abasov və paraqvaylı futbolçu Sezar Meza Kollinin iştirakı ilə mətbuat konfransı təşkil olunub. Əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bölüşüb:
“Sabah iki fərqli üslubda oynayan komanda qarşılaşacaq. Biz daha çox topla oynamağı, oyun qurmağı sevirik, rəqib isə yaxşı pressinq və əks-hücumlar edə bilir. HİK ilk matçda bizə təhlükəli anlar yaşatdı. Süni meydanda oynayacağımızın bizim üçün nə qədər problem olacağı sabah görünəcək, amma bunun fikrini çəkmirik. Meza Kolli belə meydanlarda oynamağa hazırdır. Hər şey yaxşıdır. Futbolçular özlərini yaxşı hiss edir. Bura nə məqsədlə gəldiyimizi başa düşürük. İlk oyundakı 2:2 hesabı bizim üçün o qədər də yaxşı nəticə olmasa da, buradan uğurlu nəticə ilə dönmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Sonra Sezar Meza Kolli danışıb: “Sabah bizi çətin oyun gözləyir. Baş məsqcimizin tapşırıqlarını düzgün yerinə yetirməyə və Bakıya qələbə ilə qayıtmağa çalışacağıq”.
Daha sonra Samir Abasov KİV nümayəndələrinin suallarına cavab verib: “Qalib gəlsək, komandamızın qrup mərhələsini təmin edəcəyi əlavə təzyiq yaratmır, əksinə, sabah çox şeyi həll edə bilərik. Çətin oyun olacağını anlayırıq. Ümidliyik ki, hər şey yaxşı olacaq. Heç bir qayğımız yoxdur. Hər şeyi kənara qoyub, sabah Azərbaycanı layiqincə təmsil etməli, yaxşı nəticə ilə dönməliyik. Bizim HİK üçün Bakıda etdiklərimizin qarşısında onların bizə etdikləri heçə bərabərdir, amma kənar amillər bizə təsir etməməlidir. Huqo Basto koronavirusa yoluxduğu üçün bir həftədən çoxdur bizimlə məşq etmir. Onun testinin nəticəsi müsbət çıxıb deyə, komandadan təcrid edilib. Namik Ələskərova gəlincə, o, üz nahiyəsinə maska düzəltməsi ilə bağlı Türkiyəyə getmişdi. Oradan qayıdandan sonra fiziki hazırlıq üzrə məşqçi Edunun nəzarəti altında məşq edir. Zədə səbəbindən bura gəlməyib. Onun transferi haqda klubumuz ətraflı məlumat verəcək”.
Paraqvaylı futbolçunun KİV nümayəndələrinin suallarına cavabı isə belə olub: “Neftçi”yə gəldiyim gündən özümü çox xoşbəxt hiss edirəm. Məşqçilərdən və komanda yoldaşlarımdan çox razıyam. Sabah komandaya daha da faydalı olmağa çalışacağam”.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26