Namik Ələskərov uğurlu əməliyyat olundu
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Yunanıstanın “Olimpiakos” klubu ilə oyununda ciddi zədə alan Namik Ələskərov bu gün əməliyyat olunub. Komandanın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında əməliyyatın uğurlu alındığını bildirib:
“Üz-çənə cərrahı tərəfindən maksilyar hissədə icra olunmuş əməliyyat tam uğurla başa çatıb. Namikin vəziyyəti stabildir. O, palataya yerləşdirilib, 1-2 günə evə buraxılacaq. Futbolçumuz təxminən 3 həftədən sonra fərdi məşqlərə başlaya biləcək”.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26