“Neftçi” ilk transferini rəsmiləşdirdi
“Neftçi” ilk transferini rəsmiləşdirib. Paraqvaylı futbolçu Sezar Meza Kolli ilə 2 il - 2022/2023-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb. 29 yaşlı yarımmüdafiəçi komandamızın heyətində 10 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Keşlə” (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/2017 mövsümündə “Zirə”də oynayıb. O, bundan başqa İtaliyanın “Çezena” (2011-2012), “Pavia” (2012-2013), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya Krayova” (2018) klublarında çıxış edib.