Eduardo Karo ilə müqavilənin müddəti artırıldı

23 may 2021, 17:55

“Neftçi” PFK fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə müqavilənin müddətini uzadıb. İspaniyalı mütəxəssislə anlaşma daha 1 illiyə artırılıb. İspaniyalı mütəxəssis 2021/2022-ci illər  mövsümünün sonunadək bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Eduardo Karo 2021-ci ilin yanvarından “Neftçi”də çalışır.