Samir Abasov: “Qarşımıza məqsəd qoymuşuq və hədəfə çatmaq istəyirik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 18-ci turunun “Sabah” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
“Oyundan öncə futbolçulara dedim ki, rəqibin turnir cədvəlində sonuncu yerdə olması bizə rahatlıq verməməlidir. Matçın çətin keçəcəyini bilirdik. “Zirə”yə məğlubiyyətdən sonra üzərimizdə bir az təzyiq var idi. Bu baxımdan qələbə qazanmağımız yaxşı oldu. Oyun, xüsusilə son dəqiqələr həyəcanlı keçdi. Qol epizodlarımızdan istifadə etsəydik, bəlkə də daha rahat oynayardıq. Əsas odur ki, qələbə qazandıq və “Keşlə” ilə matça yaxşı əhval-ruhiyyə ilə hazırlaşacağıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Talisson Diasın fərqli keyfiyyətləri var. Ahmed Ahmedova gəlincə, biz 2-3 oyuna çıxmış futbolçudan həddindən artıq çox şey istəyirik. Matça hazır idi, amma keçən oyunda zədələndiyi yerdən zərbə aldı. Əlimizdəki hücumçularla davam edib, komandamızın xeyri üçün onların yaxşı tərəflərini üzə çıxaracağıq. Bütün matçlar, demək olar ki, Bakıda keçirilir. Ən uzaq səfərimiz Sumqayıtdır. Dincəlməyə, rahatlaşmağa vaxtımız yoxdur. Öz oyunumuzu fikirləşirik, itirəcəyimiz xal bizi panikaya sala bilər. Qarşımıza məqsəd qoymuşuq və hədəfə çatmaq istəyirik. Komandamızda bir neçə nəfər nə vaxtsa çempionluq sevinci yaşayıb. İnanıram ki, bu ruhu yaxalayıb istəyimizə çatacağıq”.
Tövsiyə olunur
-
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26 -
“Neftçi”nin 1/8 finaldakı rəqibi müəyyənləşdi
A Komanda 30 oktyabr 2024, 17:54