“Neftçi” – “Sabah” matçını Rəşad Əhmədov idarə edəcək

2 mart 2021, 14:45

Premyer Liqada 18-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Sabah” oyununun baş hakimi Rəşad Əhmədov olacaq. Ona Cavanşir Yusifov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi isə Məmmədəli Məmmədov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu martın 3-ü saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.