Samir Abasov: “İkinci hissədə istəyimizə nail olduq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 13-cü turunun “Keşlə” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. O, futbolçulardan razı qaldığını bildirib:
“Keşlə”nin baş məşqçisi Yunis müəllimə Allahdan şəfa diləyirəm. İnşallah, tezliklə işinin başına qayıtsın. Matça gəlincə, ilk hissədə rəqib çox sıx oynadı və bizə qol epizodları yaratmaqda problem yaşatdı. Bununla belə, ikinci hissədə istəyimizə nail olduq. Artıq yaxşı istirahət edib, xəstə və zədəlilərimizi sağaldıb fasilədən sonrakı dövrə hazırlaşacağıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Hücum xətti təkcə hücumçudan ibarət deyil. Bəzi elementlər var ki, bunu mütləq digər mövqe oyunçuları etməlidir. Bu gün həmin futbolçular və əlimizdəki hücumçular məni tam qane edir. Mirabdulla Abbasov çox iş görür. Bu, onu əsas heyətdə meydana buraxmaq üçün bizə əsas verir. Amma əsas heyətdə qalmaq üçün heç kimə zəmanət yoxdur. Çempionluq uğrunda mübarizəyə gəlincə, çox yaxşı rəqiblərimiz var. Heç bir komandanı hesabdan silmirik. Qış fasiləsindən sonra bizi çətin oyunlar gözləyir. Bununla belə, söz verə bilərəm ki, çempion olmaq üçün əlimizdən gələni edəcəyik”.
Tövsiyə olunur
-
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26 -
“Neftçi”nin 1/8 finaldakı rəqibi müəyyənləşdi
A Komanda 30 oktyabr 2024, 17:54