Mario Kastelyano ilə müqaviləyə xitam verildi

19 dekabr 2020, 15:30

“Neftçi” PFK fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyano ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. İspaniyalı mütəxəssisə xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, Mario Kastelyano bu ilin yanvarından “Neftçi”də çalışırdı.