"Neftçi" Valeri Hacıyevin xatirə turnirinin qalibi oldu
U-11 komandamız "Neftçi”nin veteran futbolçusu, Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası, 1966-cı ilin bürünc mükafatçısı Valeri Hacıyevin xatirəsinə həsr olunmuş turnirin qalibi olub. Baş məşqçi İslam Kərimovun yetirmələri 2009-cu il təvəllüdlü futbolçular arasında keçirilmiş yarışın final matçında "Qarabağ”ı oyunsonrası penaltilərdə məğlub edərək (2:2, 3:1 – pen.), kuboka sahib çıxıb. Komandamızın qollarınıRamin Abıyev və Cəmil Səlimov vurublar. İbrahim Bünyadov turnirin ən yaxşı qapıçısı, Cəmil Səlimov isə ən yaxşı müdafiəçisi seçilib.
Qeyd edək ki, "Amasiya” İdman Kompleksində təşkil olunmuş, 2 qrupdan ibarət 8 komandanın mübarizə apardığı turnirdə "Neftçi” bunadək "Sərhədçi” (5:0), "Qəbələ” (3:0) və "Sumqayıt” (5:0) komandaları ilə qarşılaşmışdı.
Tövsiyə olunur
-
5 futbolçumuz U-18 milli komandasında!
Akademiya 25 noyabr 2024, 19:33 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 18 noyabr 2024, 17:32 -
2 futbolçumuz İslandiya, İrlandiya və Moldovaya qarşı
Akademiya 6 noyabr 2024, 13:15 -
“Neftçi” PFK-nın 3 üzvü Avropa çempionatının seçmə mərhələsində!
Akademiya 4 noyabr 2024, 17:22