Füzuli Məmmədov: "Bu cür komandalara qarşı daha diqqətli oynamaq lazım idi"
“Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qalatasaray” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb:
"Çox ciddi hazırlaşmışdıq. Oyuna yaxşı köklənmişdik. Meydana qələbə üçün çıxmışdıq. Bu cür komandalara qarşı daha diqqətli oynamaq lazım idi. Futbolçularımız çox əzmkarlıq göstərdilər, qələbə qazanmaq üçün əziyyət çəkdilər. Buraxdığımız kobud səhvlər məğlubiyyətə gətirib çıxardı. Artıq qarşıdakı matçlara köklənib, bu oyunlara hazırlaşacağıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Qalatasaray”ın orta xəttinin çox güclü olduğunu bilirdik. Planımız daha yığcam oynamaq, rəqibin səhvlərindən istifadə edib əks-hücumlar qurmaq idi. İlk hissədə bir-iki əks hücumumuz oldu ki, istifadə edə bilərdik. Rəqibin mərkəzdəki oyunçuları özlərini kompakt hiss etmirdilər, çünki yığcam oynayırdıq. Qurduğumuz plan rəqibin rahat oynamasına imkan verməmək idi. Bir əks-hücumdan da fərqlənə bilərdik. Bu gün kobud səhvlərə görə uduzduq. "Neftçi”də oynayan futbolçular belə uşaq səhvləri etməməlidir. İlk dəqiqələrdə həyəcan ola bilər. İkinci hissədə qol vurduqdan dərhal sonra top buraxmaq üzücüdür. İbara tapşırıqları maksimum yerinə yetirməyə çalışdı. Bir qol fürsəti oldu, amma Samana ötürmə verdi. Bunu özünə də dedim. Fikrimcə, qarşıda daha yaxşı oynayacaq. Səlahətin dirsəyində zədəsi var, məşq etmir. Yaxın günlərdə kollektivə qoşulacaq. Monroza gəlincə, "Sumqayıt”la görüşdə də sonradan meydana çıxmışdı. Zədəli idi, iynə ilə çıxış etmişdi. Bu həftə bizimlə məşq etməmişdi deyə, qərara aldıq ki, tam müayinə olsun. Həkimlərin dediyinə görə, tezliklə komandaya qoşulacaq. Bəli, "Qalatasaray”la matçda əvvəlki səhvləri təkrarlamadıq, sadəcə, ötürmələrdə kobud səhvlər etdik. Bizi "Qarabağ”la çətin oyun gözləyir. Həmin görüşə də meydana qalib gəlmək üçün çıxacağıq. Yusuf Lavalın keyfiyyətlərini bura gəlməzdən əvvəl bilirdim. Onun fərdi keyfiyyətləri çox yaxşıdır. Sadəcə,yeni futbolçulara bir az zaman lazımdır. Vaxt keçdikdə bu oyunçular da kollektivə tam uyğunlaşacaq. Pandemiya digər komandalar kimi, bizə də təsir etdi. Qarşıdakı oyunlara psixoloji cəhətdən hazır olmağa çalışacağıq”.
Tövsiyə olunur
-
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26 -
“Neftçi”nin 1/8 finaldakı rəqibi müəyyənləşdi
A Komanda 30 oktyabr 2024, 17:54