Füzuli və Cəbrayıl rayonlarının işğalından 27 il ötür
Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il ötür. 1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və 51 kənd işğal olunub. Rayonun ümumi sahəsi 1386 kv.km-dir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib.
1050 kv.km-ə yaxın ərazisi olan Cəbrayıl rayonu isə 1930-cu ildə yaradılıb. Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!