Qadın futbolçulardan ibarət komandamız ÇL-də mübarizəni dayandırdı
“Neftçi”nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasındakı çıxışını başa başa vurub. Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan ilk matçda “Sankt-Pölten”ə (Avstriya) uduzaraq ikinci mərhələyə yüksəlmək şansını itirən baş məşqçi Siyasət Əsgərovun yetirmələri Gürcüstanın “Lançxuti” klubuna 1:2 hesabı ilə məğlub olaraq 2-ci qrupda 4-cü yeri tutublar. “Ağ-qaralar”ın heyətində Güzide Alçu fərqlənib.