“Qəbələ” ilə səfər oyunu Kamal Umudluya tapşırıldı
Misli Premyer Liqasında 12-ci turun təyinatları açıqlanıb. “Qəbələ” – “Neftçi” matçının baş hakimi Kamal Umudlu olacaq. Ona Eyyub İbrahimov və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. VAR hakimi Rəşad Əhmədov, VAR hakiminin köməkçisi Elşad Abdullayev, hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi Asif Əliyev olacaq.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu noyabrın 5-i saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.