“Qəbələ” ilə oyun Rəşad Əhmədova tapşırıldı
Premyer Liqada 4-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Qəbələ” oyununun baş hakimi Rəşad Əhmədov olacaq. Ona Rahil Ramazanov və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Bəhram Qurbanov, VAR hakimi Fərid Hacıyev, VAR hakiminin köməkçisi Namiq Hüseynov olacaq.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu avqustun 27-si saat 18:30-da “Neftçi Arena”da keçiriləcək.